Çilə və İztirab
( Ramazan üçün Özəl )
“Çilə və iztirabları daddıqca onu sevəcəksiniz. Halbuki siz, ruhun düşməni olan səadət və rahatlığa dərhal
təslim olursunuz ''
“İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər? Allaha and olsun ki, biz ondan əvvəlki ümmətləri də imtahana çəkdik. Allah (c.c.) doğru söyləyənləri də, yalançıları da əlbəttə, bilir.'' (Ənkəbut, 2-3) “İnsanlar arasında ən ağır sorğu-suala çəkilənlər peyğəmbərlərdir. Sonra sırayla (əyanları) tabe olanlar, sonra da onlara tabe olanlardır. İnsan imanına görə imtahana çəkilir. Əgər dinində möhkəm olarsa, imtahanı (görəcəyi bəla və müsibət) onun üçün ağır olar. Əgər dinində zəif olarsa, imtahanı yüngül olar. Nəhayət, bəla həmişə o adamı təqib edər. Beləliklə, qul heç bir eybi olmadan yer üzündə gəzir.”
İmtahansız qul olmaz
Dünyada bəla və müsibətlərlə sınağa çəkilənlər axirətdə başqa bir məqamda oturacaqlar. Bir hədisdə deyilir ki, səhhəti yaxşı olanlar, bəla əhlinin yerinin əzəmətini gördükdə: “Kaş ki, biz bu dünyada olarkən dərimiz qayçı ilə kəsilsəydi”deyərək onlara həsəd aparacaqlar. (Tirmizi, “Zühd,” 58) Qurani-Kərimdə müxtəlif ayələrdə bəla və müsibətlərin imtahan olduğunu vurğulanır. Peyğəmbərimiz (s.ə.v) və onun dəyərli dostları da həmişə imtahana məruz qalmış, həyatlarında heç vaxt rahatlıq və səadəti hiss etməmişlər. Onlar rahatlıq və səadəti ən amansız düşmən və qəddar tələ kimi görürdülər.
Elə buna görədir ki, Allah bəzən sevdiyi qullarını bəla və müsibətlərlə sarsıdır, beləliklə onlar özlərinə gəlirlər. Buna görə də rahatlıq və səadətin ağuşuna atıb pərişan hala düçar etməz. “Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və onunla birlikdə iman gətirənlər: “Allahın köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!”(“Bəqərə,” 214).
İnsan başına gələn hər bir bəla və müsibəti səbrlə qarşılamalı və bunun onun üçün bir imtahan olduğunu heç vaxt unutmamalıdır. Qurani-Kərimdə; “...özünüzü öz əlinizlə təhlükəyə atmayın.”(Bəqərə, 195) ayəsi bu mənada müxtəlif təfsir və şərhlərlə ifadə olunan gözəl nümunələrdən ancaq biridir. Belə ki, müharibə zamanı münaqişənin ən qızğın çağında səhabələrdən biri atını mahmızlayıb düşmən səflərinə girir. Bunu görən başqa bir səhabə; “...özünüzü öz əlinizlə təhlükəyə atmayın” ayəsini xatırladaraq bunun caiz olmadığını və Qurani-Kərimin bu cür davranışı qadağan etdiyini bildirir.
Bu hadisənin şahidi olan Əbu Əyyüb Xalid b. Zeyd Həzrətləri (Əyyub Sultan); “Xeyr, siz bu ayəni səhv başa düşürsünüz. Bu ayə bizim kimi insanlar haqqında nazil olmuşdur,”-deyir və davam edir, -“Elə ki, müharibələr qurtardı, daha ailəmizə, uşaqlarımıza baxmaq vaxtıdır, mal-dövlətimizin qayğısına qalmaq vaxtıdır deyib arxayınlaşdıq, şəxsi maraqlarımızı önə çəkib, həyatımızı buna uyğun yaşamağa başladıq o zaman bu ayə nazil oldu,”-deyərək, məsələyə fərqli baxış gətirdi.
Bəli, buradan da başa düşüldüyü kimi, həyat bəla və fəlakət samanında daima dövr edib davam edir. Bu dairəyə girə bilməyənlər durğun sular kimi iylənməyə məhkumdurlar. Bu səbəbdən də bəla və müsibətlər dövrü insanı Allaha yaxınlaşdıran ən qısa və ən sürətli yol olaraq qəbul edilmişdir. Çünki əzab və iztirab mühitinə daxil olanlar bu əməlləri ilə Onun bir qulu olmaqla paklaşır, paklaşdıqca isə Rəbbinə yaxınlaşmış olurlar. ''And olsun ki, sizi bir az qorxu və aclıq; mallardan, canlardan və meyvələrdən azaltmaqla sınaqdan keçirəcəyik. Səbir edənlərə müjdə ver.” (Bəqərə, 155) ayəsi həm fərdi, həm də ictimai mənada bizə çilə və iztirabın bir başqa yönünü təsvir edir.
Ayədə təsvir edilən imtahanın səbəbləri, insanın ən çox qiymət verdiyi və həyatını qurduğu dəyərlər olması baxımından olduqca diqqətəlayiqdir. “Və bilin ki, mallarınız və övladlarınız sizin üçün bir imtahandır...” (Ənfal, 28) Peyğəmbərimiz (s.ə.v); “Əgər qul öz əməli ilə (cənnətdə) onun üçün hazırlanmış mərtəbəyə ucala bilməsə, Allah onun bədəninə, malına və ya ailəsinə müsibət verər və səbri sayəsində o mövqeyə ucaldar. buyurur.
Ayədə təsvir edilən imtahanın səbəbləri, insanın ən çox qiymət verdiyi və həyatını qurduğu dəyərlər olması baxımından olduqca diqqətəlayiqdir. “Və bilin ki, mallarınız və övladlarınız sizin üçün bir imtahandır...” (Ənfal, 28) Peyğəmbərimiz (s.ə.v); “Əgər qul öz əməli ilə (cənnətdə) onun üçün hazırlanmış mərtəbəyə ucala bilməsə, Allah onun bədəninə, malına və ya ailəsinə müsibət verər və səbri sayəsində o mövqeyə ucaldar. buyurur.
Yuxarıdakı ayədən anlaşılır ki, Allahın hər hansı bir qulu üçün ən çətin imtahanın onun malı və övladları ilə başına gələcəyi müsibətlər, bəlalardır. Allah (cc) bəndələrini bunlarla imtahan edəcəyini açıq şəkildə nəzərə çatdırarkən, ona tabe olanlar “Onlara bir müsibət üz verdikdə, biz Allaha aidik və mütləq Ona dönəcəyik” (Bəqərə, 156) ayəsi ilə də bu imtahandan çıxış yolunu göstərir. Nəhayət, Uca Allah (c.c.): “Rəbbinin lütf və mərhəməti onlar üçündür və budur, onlar doğru yola çatmışlar” (Bəqərə, 157) ayəsi ilə də bu çilə və iztirab qəhrəmanlarını qiymətləndirir və alqışlayır.
Çilə və iztirab insanı Allaha qul edər
“Əgər qarşınızda bir bəla yolu açılıbsa, ona sevinin. Çünki bu o deməkdir ki, sən peyğəmbərlərin və salehlərin yolundasan. Digər tərəfdən, qarşınızda bir rahatlıq yolu varsa, bunun üçün ağlayın. Çünki sən peyğəmbərlərin və salehlərin yolundan ayrıldın deməkdir.” (Vəhb bin Münəbbih)
Məsələyə başqa tərəfdən baxsaq, Quran qulun öhdəsinə düşən dini vəzifələrlə yanaşı, hüzur və əmin-amanlığı, rahatlıq və dincliyi də bir bəla/sıxıntı kimi şərh edir. Yəni, əgər bir qulun başına xəstəliklər, mal-dövlət itkisi, bunlardan dolayı çilə və iztirabları gəlməyibsə, o zaman onun mənəvi həyatını yenidən nəzərdən keçirməyə ehtiyacı vardır. “Həyat bədbəxtlik və xəstəliklərlə şəfa verir, kamillik tapır, güc tapır, irəliləyir, nəticə verir, təkamül edir, həyat vəzifəsini yerinə yetirir.” (2-ci Lem'a) Çünki qul olmaq və qulluqda saflaşmağın yeganə göstəricisi daima sınaqlarla yetkinləşərək təqva ab-havasında dərinləşməkdir.
Bu cür həyat tərzinin necə bir həssas məqam üzərində olduğunu əsla unutmamalı. Bir tərəfdən, qıtlıq və səfalətlə imtahan edilən insan, digər tərəfdən də bolluq və rahat həyatla imtahan edilə bilər. “Doğrudanmı onlar elə fikirləşirlər ki, biz onlara bol-bol bəxş etdiyimiz mal və övladlarla onların xeyrinə qaçırıq? Xeyr, onlar fərqində belə deyillər. (Mü’minün, 55-56). Demək ki, ''Bu dünya həyatı bir sınaq, bir xidmət yeridir. Əsla, hesab və ləzzət yeri deyil. (2-ci Lema)
Burada əsas məsələ insanların müxtəlif çilə və iztirablar qarşısındakı rəftar və davranışlarıdır. Eyni zamanda bu rəftar və davranışlar onun qazanc və ya itkisinin göstəricisi olacaq. Çünki mömin bu çilə və iztirablarla cənnətə varmaq, Rəbbinin rizasını qazanmaq yoluna qədəm qoyur və qul olmağı bacarır. Odur ki, bəla və müsibətlər qarşısında səbir etmək, çilə və iztirablara dözmək Cənnətə gedən dərəli-təpəli yollarda sürət sınağıdır.
ardı var.
Burada əsas məsələ insanların müxtəlif çilə və iztirablar qarşısındakı rəftar və davranışlarıdır. Eyni zamanda bu rəftar və davranışlar onun qazanc və ya itkisinin göstəricisi olacaq. Çünki mömin bu çilə və iztirablarla cənnətə varmaq, Rəbbinin rizasını qazanmaq yoluna qədəm qoyur və qul olmağı bacarır. Odur ki, bəla və müsibətlər qarşısında səbir etmək, çilə və iztirablara dözmək Cənnətə gedən dərəli-təpəli yollarda sürət sınağıdır.
ardı var.