İZTIRABSIZ bir həyat İSLAMİ deyildir
Reklam
Kenan Güzel

Kenan Güzel

[email protected]

İZTIRABSIZ bir həyat İSLAMİ deyildir

27 Mart 2024 - 08:04

                                            Sadiqlərin Yol Güzərgahı
            Çilə və İztirab
( Ramazan üçün Özəl-2 )

İztırabsız bir həyat İslami deyildir

“Sufilər rifah və əmin-amanlığa can atmamalı, zəhmətə və çətinliklərə dözməyi öyrənməlidirlər. Həyatda sevinc və kədər bir-birini izləyir, lakin sufi əhli bəlaları sevinclə qarşılamalı və nicat yolunu bu bəlalarda axtarmalıdır." (Əbu Bəkri Dükkiyə)  Bütün varlığını davasına qoyan, hər cür çətinliyə sinə gərən, səbr edən çilə qəhrəmanları imanda dərinləşməyi, duyğu və düşüncədə saflaşmağı, bəla və müsibətlərdən şikayətlənib məzəmmət etməməyi, kimlərəsə düşmənçilik etmədiklərini, kimlərinsə arasında ayrı-seçkilik  qoymadıqlarını şəxsi həyatları ilə sübut etmişlər.
 
Uca Allah (cc) heç bir qulunun çiyninə onun daşıya bilməyəcəyi bir yük qoymayacağına söz verdiyinə görə əsl bəlanın onların çiyinlərindəki yükü/bəla və müsibəti Uhud dağı qədər böyük görmək, Peyğəmbərin və onun səhabələrinin haqq yolunda çəkdikləri çilə və iztirablardan xəbərsiz yaşamaq və onların nələr yaşadıqlarına məhəl qoymamaq olduğu da unudulmamalıdır.
 
Müsəlman olaraq bu çərçivədən baxdığımızda, qonşusu ac ikən özü tox olaraq yatanlar, həyatın hər cür ləzzətindən zövq alanlar, həyatında cilə və iztirabı dadmayanlar qətiyyən evində xörək qazanı qaynamayan, bir xurma ilə iftarını açmalı olan, həyatı çilə və iztirablarla dolu keçən  peyğəmbəri anlaya bilməz, onun yolu ilə getdiyini iddia edə bilməzlər.
 
Bəli, Uca Rəbbimiz, biz dünyanı imtahan meydanı kimi qəbul etdik. Uşaqlıqdan gəncliyə; gənclikdən ahılığa və nəhayət, yenidən gəldiyimiz cənnətə qayıtmaq pərdəsidir. Yol budur və bu yolda olan səhabə həmişə çətinliklərlə üzləşmişdir. Abdullah b. Cəhş (r.a) Uhud döyüşündə dostu Səd b. Əbi Vaqqası yanına çağırıb onunla birlikdə dua edərkən əzab-əziyyətli yolu aşmaq üçün asan yolu deyil, məhz çətin olanı nəzərdə tutmuş, buna can atmışlar: '' Allahım! Qarşıma elə güclü düşmən çıxart ki, onunla ölüncəyə kimi vuruşum. Sonra o, məni öldürsün. Burnumu və qulaqlarımı kəssin. Sabah Sənin hüzuruna çıxanda Sən mənə; 'Abdullah, burnun və qulağın hanı, onları hara qoyub getdin?' soruşduqda mən də: “Allah və Rəsulunun yolunda getdi,”deyim.”( İbn Sa'd, et Tabakat, III, 90)
 
Bütün bu yolları keçib Allaha həqiqi qul olmağa nail olmaq üçün yolda yanacağımız çilə və iztirab olmalıdır. Benzinin yanması mühərriki işlədib silindirləri işə saldığı, avtomobili hərəkətə gətirdiyi kimi, ayağımızı qaz pedalına basmaqla sürətin artdığı kimi, məsafələri qısaltmaq, qul olmaq varlığını əldə etmək və cənnətə girə bilmək üçün də çilə və iztirab olmalıdır.
 
Xarakterimizin inkişafı üçün
Səadət və əmin-amanlığı özlərini dünyaya qərq edib yaşamaq və əylənmək kimi başa düşənlər bağışlanmaq və nicat tapmaq fürsətini əldən qaçırarkən, bəla və çətinliyə  sinə gərməyib, bunu bir məhrumiyyət, səfalət və fəlakət olaraq görənlər, əslində, bu yolda davam edə bilməz və Allaha qovuşa bilməzlər. Halbuki, Quranda; “Hansınızın daha yaxşı əməl edəcəyini sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, üstün olandır və bağışlayandır,” (Mülk, 2) buyuraraq, kimin daha xeyirli iş görəcəyi, bəla və müsibətlərlə imtahan olunanların, səbr edənlərin artıqlaması ilə  mükafatlandırılacaqlarını bildirilir.
 
İnsanların həqiqi mənada Allaha qul olmaları hərtərəfli sorğu-sualdan sonra meydana çıxır. Bu mənada müsibət/imtahan insanın nəfsini tanımaq, nöqsanları görmək və aradan qaldırmaq qüdrətini, nəfsinin çilə və iztirablara tab gətirmək gücünü ortaya qoyur. Qazanılacaq savabın böyüklüyü çəkilən çilə və iztirabın ağırlığı ilə mütənasib olacaqdır. Sevimli Peyğəmbərimizin (s.ə.v) bir hədisində; “Allah sevdiyinə bəla verir. Kim buna razı olarsa, Allahın rizasını qazanar. Üsyan edənlər Allahın qəzəbinə düçar olarlar” buyurur. (Tirmizi, Zuhd, 56.)
 
Dinimizin qaynağı olan Kitabımızda - Qurani-Kərimdə vurğulanır ki, paklanmağın, yaradılış mühitinə qayıtmağın və Rəbbinə qul olmağın ən qısa yolu imtahandır. Hər Peyğəmbər, hər ümmət, hər bir qul çilə və iztirab yolundan keçir, kamilləşir və cənnəti əldə edir. Bu yolun yolçusu olmayan, ayağı bu yolda toza-torpağa bulaşmayan, alnı bu yolun təri ilə damla-damla islanmayanlar qul olaraq heç vaxt paklığa, Rəbbin istədiyi şəkildə çata bilməzlər. Uca Allah (c.c.); “And olsun, sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul itkisi ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver! (Bəqərə, 155) buyuraraq “Ancaq bu yolda səbir edənlərə saysız-hesabsız mükafat veriləcəkdir,” müjdəsi ilə də qiymətləndiriləcəklər.
 
Səbr hər şeyə qalib gələr
Səbrli ol ki, böyük hikmətlər, böyük fəthlər gerçəkləşsin. Zalımlar öz qəddarlığı ilə hiss və düşüncələrini acılaşdırıb, məzlumun səsi qulaqları kar edərkən,  qoy, dostların sənin ürəyini incitsin, səni kənarda qoysunlar. İmkan ver, səni bu dünyadan qoparacaq və səni o dünya ilə bir araya gətirəcək çilə və iztirabların  ağuşuna atsın; yaxın dostların və qohumların bir mənfəət üçün səni tərk etsin. Qoy xəyanətkar, yalançı, qaniçən deyib üzünə tüpürcəklər yağsın. Eyni anadan, atadan olan qardaş-bacıların üzünə baxmasın. Qoy işin, pulun, dostların bir-bir əlindən alınsın. Yalançılar, fırıldaqçılar, oğrular ayaq üstə alqışlanarkən əsl qəhrəmanlar etirazla uzaqlaşdırılsın.
 
Nəticə etibarı ilə sənin yaşadığın yer bir növ vəfasız, müvəqqəti yaşadığın bir mənzil deyilmi? Mənzildən, dayanacaqdan sənə nə? Onu tezliklə tərk edəcəyini bilirsən. Sərnişin stansiyada yatırmı? Yatarkən belə bir gözü açıq yatmalısan. “Mənimlə dünyanın halı ancaq bir ağacın kölgəsində bir az dincəlib, sonra onu tərk edib gedən  bir yolçu kimidir.” ( Tirmizi) Bil ki, bədən quyusu qazılmadan, çilə və iztirabla dolu qazan  qaynadılmadan əvvəl; dostlar, düşmənlər, qardaşlar, qohumlar bədən divarını baltalamadan; İbrahimlər kimi odlara atılmadan, şəlalələrin töküldüyü dənizlərə çatmaq, cadar-cadar olmuş könülləri suvarmaq mümkün olmayacaqdır.
 
Sən mal-mülk sevgisi, uşaq sevgisi, rahat, əmin-amanlıq içində hisslərinlə özünü təəsəlli etməyə çalışarkən, ruhunun dərinliklərinə gedən yolları bağlayacaq, duyğularını məhv edəcəksən. Bununla da, ancaq Allaha çatmaqla məmnun olan qəlbini şöhrət, var-dövlət və səadət divarları ilə əhatə etmiş olacaqsan. Gündəlik həzlərlə yaşamaqdan əl çək, qəlbini mühasirəyə almış divarları yıx, “O divarlar yıxılmadan ruhlar qalasını fəth edə bilməzsən. Qoy, hamı bunu etsin, sən, əsla; el-aləm şahid olsun, sən olma; dünya gülsün, sən ağla!”   
 
“Bəla və müsibətlər imtahan üçündür. Bəlaya dözmək insanı yüksəldir. Ruhunu təmizləyir, vicdanına rahatlıq, qəlbinə fərah gətirir.  Səbr, əzm və xoş niyyətlə imkansız kimi görünən şeylər mümkün qədər asanlıqla həll edilir. Allah yanında ən məqbul əməllər ən çətin olanlardır. Allah yolunda cihad çox çətin olsa da, əməllərin ən fəzilətidir.” (M.Kırkıncı)   

Bu yazı 325 defa okunmuştur .